Dünya

ABŞ-da atışma: Cinayətkar girov götürdüyü şəxsi və dörd polisi öldürdü

ABŞ-ın İllinoys ştatının Evanston şəhərində silahlı insident baş verib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Qeyd olunub ki, naməlum şəxs girov götürdüyü qadını güllələyib.

Hadisə yerinə gələn polislərlə onun arasında atışma baş verib. Silahlı insident nəticəsində dörd polis ölüb.

Cinayətkar yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda cinayətin baş vermə səbəbi araşdırılır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button