Dünya

ABŞ Brüsseldə \”İŞİD\”-lə bağlı xüsusi toplantı keçirir

ABŞ Brüsseldə "İŞİD"-lə bağlı xüsusi toplantı keçirir

Bu gün Brüsseldə \”İŞİD\” terror təşkilatına qarşı ABŞ-ın başçılıq etdiyi koalisiyanın nazirlər səviyyəsində ilk toplantısı keçiriləcək.

APA-nın məlumatına görə, koalisiya üzrə 60-dan çox tərəfdaş ölkənin iştirak edəcəyi toplantıda İŞİD-ə qarşı əməliyyatın nəticələri və gələcək koordinasiya məsələləri müzakirə olunacaq.

ABŞ Dövlət Departamenti toplantı ərəfəsində bəyan edib ki, görüş iştirakçıları İŞİD-i zəiflətmək və ona qalib gəlmək üçün birgə səylərin siyasi mexanizmlərinə nəzər salacaqlar.

ABŞ prezidentinin koalisiyadakı xüsusi nümayəndəsi Con Allen isə bildirib ki, ilk siyasi məsləhətləşmələrin mövzusu İŞİD-lə mübarizə strategiyasının və siyasi sahədə gələcək addımların müzakirəsi olacaq.

Toplantı NATO-nin mənzil-qərargahında keçiriləcək. NATO-nun baş katibi bildirib ki, alyans görüşün təşkilində iştirak etməyib və bu işi ABŞ öz üzərinə götürüb.

Qeyd edək ki, NATO İŞİD-ə qarşı əməliyyatlarda iştirak etmir.

Xatırladaq ki, ABŞ bəzi müttəfiq ölkələrin dəstəyi ilə sentyabrın 23-dən İŞİD-in Suriyadakı mövqelərinə hava zərbələri endirir.

Avqustdan analoji əməliyyat İraqda da aparılır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button