Dünya
Nemtsovun qatili etiraf ifadəsindən imtina etdi: \”Günahsızam…\”
Rusiyanın məcburi saxlanma məntəqələrində insan hüquqlarının vəziyyətini araşdıran İctimai Nəzarət Komissiyasının üzvləri \”Lefortovo\” istintaq təcridxanasında olublar.
Musavat.com \”Moskovski komsomolets\” qəzetinə istinadən xəbər verir ki, onlar Boris Nemtsovu qətlə yetirməkdə şübhəli bilinən Zaur Dadayevlə görüşüblər. Zaur Dadayev günahsız olduğunu bəyan edib: \”Düşündüm ki, Moskvaya gətirəcəklər və məhkəmədə həqiqəti danışacam. Deyəcəm ki, günahsızam. Amma hakim mənə söz vermədi\”.