Dünya

Bayden ABŞ-ı xilasetmə planını təqdim etdi

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden ölkə iqtisadiyyatının xilası planını təqdim edib.

Savash.org bildirir ki, bu barədə RİA Novosti siyasətçinin keçid dövrü qərargahının açıqlamasına istinadən xəbər yayıb.

C.Bayden bu planın gerçəkləşməsi üçün 1,9 trilyon dolların gərəkli olduğunu bildirib.

O bu vəsaitin 160 milyard dollarının koronavirusa qarşı peyvəndləmə aparılması, testlərin genişləndirilməsi, ictimai səhiyyə sahəsində məşğulluq proqramlarının mobilləşdirilməsi üçün ayrılacağını vurğulayıb.

Bayden həmçinin məktəb və universitetlər üçün 170 milyard dollar ayrılacağını qeyd edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button