Dünya

500-600 dollara “Kalaşnikov” avtomatı – Ermənilər Qarabağdan İrəvana silah daşıyır

Ermənistan Qarabağ müharibəsində uduzduqdan sonra ölkənin “qara bazarında” çoxlu sayda silah-sursat peyda olub. “Qəhrəman xalq”ın nümayəndələri Qarabağda döyüşmək əvəzinə özlərinin və ölmüş ermənilərin silahlarını İrəvana gətirib, satmaqla məşğul olurlarmış.

Savash.org xəbər verir ki, erməni mətbuatında ölkənin Milli Təhlükəsizlik Xidmətinin(MTX) silah alverilə bağlı keçirdiyi əməliyyat barədə məlumat verilib. Məlumatda deyilir ki, Qarabağdan Ermənistanın sərhəd kəndlərinə, oradan da İrəvana silah daşınması və sonradan satılmasıyla məşğul olan dəstənin üzvləri həbs edilib.

Qeyd olunur ki, cinayətkar qrupun başında müharibə başlayan kimi “könüllü” olaraq Qarabağa gedən İrəvan sakini durur. Adı çəkilməyən həmin erməni Qarabağda müxtəlif yollarla əldə etdiyi silahları əvvəlcə Sünik(Zəngəzur-red.) rayonunun Tex kəndində hazırlanan xüsusi anbara yığıb. Sonradan isə İrəvandakı mənzilinə gətirərək, orada satışını təşkil edib.

Bu “qəhrəman” və onun şərikləri Qarabağdan gətirilən “Kalaşnikov” avtomatlarını “qara bazar”da 500-600 dollara satıb. Məlumatda bildirilir ki, onun mənzilində 43 belə avtomat və çoxlu sayda digər silah-sursat aşkarlanıb.

Ermənistan MTX-si Qarabağda döyüşən “qəhrəman” ermənilərə müraciət edərək, onlardakı silah-sursatı təhvil verməyə çağırıb və bildirib ki, silahı könüllü verənlərə qarşı cinayət işi açılmayacaq.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button