Dünya
Dul qadından kuryoz təklif (VİDEO)
İndoneziyalı bir qadının etdiyi hərəkət kişilərin diqqətini cəlb edib.
ANS PRESS-in məlumatına görə, İndoneziyanın Yovyaqarta şəhərindəki gözəllik salonlarından birində işləyən 40 yaşlı Vina Liya adlı dul qadın internetdə maraqlı elan yerləşdirib.
Elanın maraqlı tərəfi ondadır ki, qadın yaşadığı evi üçün 75 min dollar müqabilində alıcı axtarır. Liyanın şərtinə əsasən, alıcı həm də onula evlənməli, iki övladına sahib çıxmalıdır. O, həmçinin qiyməti aşağı salmayacağını da elanda xüsusilə vurğulayıb.
Baş verən kuryoz hadisədən sonra rekord sayda alıcı tapan qadının evinə polis də getməli olub. Polisin araşdırması nəticəsində, əslində bu elanın qadın yox, əmlakçı tərəfindən sayta yerləşdirildiyi məlum olub.