Dünya

Parlament Ermənistan müxalifətinin təşəbbüsünü rədd etdi

Ermənistan parlamenti bu gün keçirdiyi iclasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr tarixli üçtərəfli bəyanatının qanuniliyi və Ermənistan qanunlarına uyğunluğu məsələsini gündəliyə salmaqdan imtina edib.

Savash.org xəbər verir ki, məsələnin gündəliyə salınmasının lehinə 40, əleyhinə 73 deputat səs verib, qərar qəbul olunmayıb.

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr tarixli üçtərəfli bəyanatının qanuniliyi və Ermənistan qanunlarına uyğunluğu məsələsinin gündəliyə salınmasının təşəbbüskarı müxalif “Çiçəklənən Ermənistan” fraksiyası olub.

Parlamentdə 132 yerdən 84-nə sahib olan hakim “Mənim addımım” partiyası isə bunun əksinə çıxış edib, bildirib ki, parlamentin məlum məsələni müzakirə etmək hüququ yoxdur. (APA)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button