Dünya

Köçəryan yenidən hakim qarşısna çıxarıldı – Keçmiş prezidentin məhkəməsi davam etdirilib

Bu gün 4 aylıq fasilədən sonra İrəvanın ümumi yurisdiksiya məhkəməsində Ermənistanın ikinci prezidenti Robert Köçəryan və digərlərinin məhkəməsi davam etdirilib

Xatırladaq ki, buna qədər məhkəmənin sonsonuncu iclası 22 sentyabrda keçirilib. Müharibə başladıqdan sonra məhkəmə istintaqına fasilə verilib.

Savash.org xəbər verir ki, birinci Qarabağ müharibəsinin iştirakçıları olan müttəhimlər Baş nazir N.Paşinyana müraciət etdikdən sonra onlar müvəqqəti azad edilərək, döyüş bölgəsinə göndəriliblər. Bu gün keçirilən məhkəmədə tibbi ekspertizasının keçirilməsi üçün Serob Qriqoriyanın verdiyi vəsatətə baxılmamış saxlanılıb.

Xatırladaq ki, R. Köçəryan ölkənin konstitusiya quruluşunu devirməkdə günahlandırılır. 1 Mart 2008-ci ildə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifət tərəfdarlarına atəş açılması nətiəsində 11 nəfər öldürülüb, xeyli sayda nümayişçi yaralanmışdı. 

Nikol Paşinyan da həbs edilərək bir neçə ilini türmədə keçirməyə məhkum edilmişdi. Həmin seçkidə prezident Robert Köçəryanın dəstəyi ilə Serj Sərkisyan qalib elan olunaraq Ermənistanın prezidenti postunu ələ keçirib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button