Dünya

“Navalnı duş qəbul edir, qab-qacaq da vermişik…” – Aleksey Melnikov

Xaricdən gələn bir insan kimi Aleksey Navalnı üç yataqlı kamerada 14 gün təkbaşına karantində qalacaq.

Sfera.az RİA. Novosti-yə istinadla xəbər verir ki, bunu Moskva şəhərinin İctimai Nəzarət Komissiyasının icraçı katibi Aleksey Melnikov deyib.

Melnikov bildirib ki, təcridxanaya gələn Navalnı duş qəbul edib:

“Təcridxanada ona yataq dəsti, qab-qacaq və gigiyena dəsti verilib. Kamerasında çaydan, soyuducu, televizor və isti su var”.

İctimai Nəzarət Komissiyası sözçüsünün verdiyi məlumata görə, Navalnı qurumun işçiləri tərəfindən ona qarşı mənəvi və fiziki təzyiq olmadığını söyləyib.

Xatırladaq ki, yanvarın 18-də, Almaniyadan Rusiyaya gələn Aleksey navalnı Şeremyetevo hava limanında saxlanılıb və məhkəmə onu 30 günlük həbs edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button