Dünya

Ermənilər Kəlbəcərdən Qarabağa getmək üçün yol salınmasını istəyirlər

Erməni xalqı 9 noyabrda imzalanan sənədin məntiqinə uyğun olaraq Qarabağın blokadadan çıxarılmasını tələb edirlər”.

Savash.org xəbər verir ki, bu sözləri Ermənistan Parlamentinin üzvü Taquhi Tovmasyan “Zoğovurd” qəzetinə açıqlamasında bildirib.

“Müharibədən sonra blokadanın aradan qaldırılmasından və azad iqtisadi münasibətlərdən danışırıqsa, onda Qarabağ da mühasirədən çıxmalı və yalnız Laçının “dar dəhlizinə” güvənilməməlidir. 10 noyabrdan sonra Ermənistan Respublikasının Baş naziri, Ermənistan Respublikasının Prezidenti, Rusiyanın Ermənistan Respublikasındakı səfiri və digər yüksək vəzifəli rəsmilərlə görüşüb Kəlbəcər avtomobil yolunun istifadəyə verilməsinə kəskin ehtiyac olduğunu bildirdim. Bu magistral ən azı rus sülhməramlılarının müşayiəti ilə işləməlidir. Qarabağın və Qarabağa gedənlərin təhlükəsizliyini təmin etməkdə onların rolu çox vacibdir”, – Tovmasyan qeyd edib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button