Dünya
Qırğızıstan hökuməti istefa verdi

Qırğız Respublikasında bu günlərdəki erkən prezident seçkilərində qalib gəlmiş hazırkı Baş nazir Sadir Japarov baş nazir vəzifəsindən istefa verib.
Savash.org xəbər verir ki, Prezident Aparatının rəhbəri Söyünbek Kasmambetov bu gün jurnalistlərə Sjaparovun başçılıq etdiyi hökumətin də istefa verdiyini bildirib: “Hazırkı hökumət üzvləri yeni hökumət heyəti seçilənədək vəzifə başında qalacaqlar”.