Dünya

Gürcüstanda iqtidar tərəfdarları müxalifətdəki VMH-nin ofisinə hücum etdi

Gürcüstanda iqtidar tərəfdarları müxalifətdəki VMH-nin ofisinə hücum etdi

Gürcüstanda hakim “Gürcü Arzusu” koalisiyasının tərəfdarları keçmiş prezident Mixail Saakaşvilinin liderlik etdiyi Vahid Milli Hərəkat Partiyasının ofisinə hücum ediblər.

APA-nın məlumatına görə, hadisə Gürcüstanın qərbindəki Zuqdidi şəhərində koalisiyanın Vahid Milli Hərəkat Partiyasının ofisi qarşısında keçirdiyi mitinqdən sonra baş verib.

Aksiya iştirakçıları Saakaşvili tərəfdarlarının paytaxt Tiflisin mərkəzində martın 21-də keçirməyi planlaşdırdığı aksiyaya etiraz ediblər. Polis aranı sakitləşdirməyə və hakim partiya tərəfdarlarını müxalif partiyanın ofisindən çıxarmağa nail olub.

Qarşıdurma zamanı bir neçə şəxs üzündən və başından zədə alıb və onlara tibbi yardım göstərilib. Xəsarət alanlar arasında aksiya iştirakçıları ilə yanaşı, polis əməkdaşları və Gürcüstan parlamentinin Vahid Milli Hərəkat Partiyasından olan üzvü Akaki Minaşvili də var. Ümumilikdə isə 10-dan çox şəxsin xəsarət aldığı bildirilir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button