Dünya

Arvadını çemodana qoyub sərhəddən keçirmək istədi

Arvadını çemodana qoyub sərhəddən keçirmək istədi

Fransa vətəndaşı Rusiya vətəndaşı olan arvadını çemodanda gizlədərək Polşaya keçirmək istəyib.

Virtualaz.org saytı xəbər verir ki, Polşa sərhədçiləri Moskva-Nitsa marşrutu ilə hərəkət edən qatarda içində qadın gizlədilmiş çemodandan şübhələnib.

Terespol sərhəd dəstəsinin rəsmisi Dariuş Siniçki deyib ki, sərnişinin qeyri-adi şəkildə iri baqajı sərhədçiləri şübhələndirib və onlar çemodanı açıblar.

Bu zaman çemodanın içində rusiyalı qadının gizləndiyi məlum olub. Bildirilir ki, həmin Fransa vətəndaşı arvadına Şengen vizası ala bilmədiyi üçün onu çemodanda gizlədərək sərhəddən keçirməyi qərara alıb.

Sərhədçilərin bildirdiyinə görə, qadın çemodandan çıxarılandan sonra özünü normal hiss edib və tibbi yardıma ehtiyacı olmayıb. Lakin Polşa qanunlarına görə, o və əri üç ilə qədər azadlıqdan məhrum ediləcək.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button