Dünya

Sarkisyana ölüm hökmü

Sarkisyana ölüm hökmüErmənistan parlamentində hazırda Avrasiya İttifaqına daxil olmaqla bağlı müqavilə müzakirə edilir.

ANS PRESS-in məlumatına görə, erməni mətbuatı deputatların müzakirəyə elə də ciddi maraq göstərmədiyini yazır. Zalda çox az deputat var və onlar da iddia edirlər ki, İttifaqa girmək Ermənistan üçün yararlıdır.

Amma erməni iş adamları isə tam əksini söyləyirlər. Məsələn, iri şərab zavodunun sahibi olan Vaahn Mkrtçyan bildirib ki, saziş bağlandıqdan sonra tam əksinə olub və Rusiyadan sifarişlər azalıb: “Hələ ki, planlaşdırılmış həcmin yalnız 50%-ni sata bilirik”.

Erməni şərhçi Naira Hayrumyan bunu Rusiyada baş verən böhranla əlaqələndirir. “Hələ ki, parlament cinayətkar sürrealizmlə məşğuldur, amma Ermənistanın iqtisadiyyatı obyektiv olaraq Rusiyadan üz döndərir. Hakimiyyətin iflası qaçılmazdır, əvvəljə Ermənistanda, sonra da Rusiyada. Ermənistanın Avarasiya İttifaqına qoşulması haqqında sazişin ratifikasiyası Ermənistanın parlamenti, hökuməti və prezidenti üçün ölüm hökmü olacaq”,- deyə şərhçi vurğulayır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button