Dünya

Erməni diasporunda gücsüzlük və məyusluq yaranıb – Dövlət-diaspor münasibətləri neqativ müstəviyə çıxıb

“Ermənistan dövləti ilə diasporu arasında da narazılıq durmadan artmaqdadır. 44 günlük müharibədə Azərbaycanın Ermənistana vurduğu “dəmir yumruq” erməni diasporuna da təsirsiz ötüşməyib. İndi Ermənistan dövləti və diasporu bu zərbənin təsirindən ayılıb özünü toparlamağa çalışır. Ermənistanın baş naziri Nikol Paşinyanın məqsədi dünya ermənilərinin diqqətini, əsasən, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə yönəltməkdir. Bunun üçün o, Ermənistanın Diasporla İş üzrə Baş Müvəkkili Zare Sinanyan və Diasporla İş üzrə Baş Müvəkkil Aparatının rəhbəri Sara Anjargolyanı 22-24 yanvar tarixlərində Xankəndinə göndərib. Bu qanunsuz səfərin məqsədi, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “rəsmiləri” ilə görüşlər keçirmək, diasporun ünvanlı yardımının təşkili və müharibədən sonrakı dövrdə mövcud proqramların təkmilləşdirilməsi üçün işlərin planlaşdırılması barədə müzakirələr aparmaq olub”.

Savash.org xəbər verir ki, bu barədə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin (DFJD) sədri Fuad Hüseynzadə bildirib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button