Dünya
Suriya Türkiyədən qalxan ABŞ təyyarəsini vurdu – (Fotolar)
Suriya ordusu ABŞ-ın pilotsuz hərbi təyyarəsini vurub.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Suriyanın rəsmi dövlət agentliyi SANA Suriya ordusunun Lazkiye şəhərinin şimalında “Predator” tipli təyyarəni vurduğunu bildirib.
Təyyarənin Türkiyənin İncirlik hərbi bazasından qalxdığı deyilir. Hərbi mənbələr İncirlikdə 4 ədəd pilotsuz təyyarənin olduğunu və hazırda 3-nün qaldığını iddia edib.