Putin Serji qapıda qoydu
İndiyə kimi Rusiya Ermənistanın borcundan 1 sent belə keçməyib. ANS PRESS-in məlumatına görə, bu barədə “Haykakan Jamanak” qəzetinin müxbiri Hayk Gevokryan bildirib.
“Halbuki, martın 17-də Rusiya prezidenti Vladimir Putin Qırğızıstanın 190 milyon manatlıq borcunu silib\”,- deyə jurnalist vurğulayıb. Borcun ilkin məbləği 500 milyon dollar olub, Qırğızıstan tərəfindən borcun qalığı 2016-cı il martın 15-ə kimi ödəniləcək, amma qalığın üzərinə faiz gəlməyəcək.
Rusiya həmçinin Suriya, Əlcəzair, Benin, Mali, Şimali Koreya, Monqolustan, Kuba, Yəmən, Tanzaniya, Çad, Laos, Burkina Faso, Siera Leone, Nikaraqua və Əfqanıstanın borclarını bağışlayıb.
“Bunun əvəzinə, Ermənistanın $110 mln.-luq borcunun əvəzinə Rusiya bir neçə müəssisəni ələ keçirdi, 24 milyon dollar borcun əvəzinə “Sevan Razdan” SES-ni ələ keçirdi. Rusiya Federasiyasının 3,5 faizlik 500 milyon dollarlıq borcunun ödənilməsi üçün Ermənistan 700 milyon dollar borc götürərək 6,5 faizlik avrobondlarını girov qoyub. Rusiyanın hərbi bazasının xərclərinin böyük hissəsi Ermənistanın üzərinə düşür və ölkə bunun üçün böyük xərclər ödəyir”, – deyə məqalədə vurğulanır.