Dünya

Türkiyədə dövlət sirrini açanlar saxlanıldı

Türkiyənin paytaxtı Ankarada dövlətin təhlükəsizliyi və ya daxili və xarici siyasi faydaları baxımından gizli qalması zəruri olan məlumatları əldə edərək yayanlar saxlanılıb.

Savash.org Türkiyə mediasına istinadən xəbər verir ki, həmin şəxslər 2 istefada olan polkovnik, 1 zabit və 1 mülki şəxsdir.

Ankara Cümhuriyyət Baş Prokurorluğu onların nəzarətə götürülməsi ilə bağlı qərar verib: “Bu barədə məlumat Terror Cinayətləri İstintaq İdarəsi tərəfindən aparılan istintaq çərçivəsində həyata keçirilən izləmə ilə əldə olunub”.

Açıqlamada bildirilib ki, şübhəlilər yaxalanıb, istintaq hərəkətləri Ankara Baş Polis İdarəsində davam etdirilir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button