Dünya

Moskvada baş vermiş yanğın vertolyotlarla söndürülüb – VİDEO

Moskavnın Şimal-Qərb hissəsində, sənaye zonasında yanğın baş verib. Bu barədə Rusiya FHN məlumat yayıb. Yanğının söndürülməsinə vertolyotlar cəlb olunub.

“Yanğın 500 kvadratmetr ərazidə lokallaşdırılıb”, – deyə nazirliyin məlumatında bildirilib.

Yanğın qaz balonlarının olduğu binadan başlayıb. Sonradan yanacaq dolduran avtomobil alışıb və yanğın qonşu binalara keçib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin ərazidə 40-dan çox qaz balonu və yanacaq maddələrinin olduğu bildirilir.

Hazırda xilasedicilər havadakı zərərli maddələrin həcmini müəyyən etməyə çalışırlar.  

//baku.tv/az/dunyaa/32941/

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button