Dünya

Köçəryan Moskvaya gedir

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Moskvaya səfər edəcək.

Savash.org “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan məhkəməsi eks-prezidentin ölkədən çıxışına qoyduğu qadağanı 5 günlük, yəni 3-8 fevral tarixləri üçün ləğv edib. Bu müddət ərzində Köçəryanın Moskvaya səfər etməkdə məqsədi 2009-cu ildən bəri müstəqil direktoru olduğu AFK “Sistema” İdarə Heyətinin iclasında iştirak etməkdir.

Bildirək ki, 2020-ci ilin iyun ayında Köçəryan “Sistema” investisiya şirkətinin idarə heyətinə yenidən seçilib. Bundan əvvəl AFK “Sistema” nın Köçəryan üçün 2 milyard dramlıq təminatın bir hissəsini təmin etdiyi məlum olmuşdu.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button