Dünya
Ermənistanda Paşinyan əleyhinə koalisiya genişlənir

Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sarkisyan çərşənbə axşamı Vətəni Qurtarma Hərəkatının müxalif liderləri ilə görüşüb.
Savash.org “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüş müxalifətdən baş nazirliyə yeganə namizəd olan Vazgen Manukyanın ofisində baş tutub.
Məlumata görə, iclasda Manukyandan başqa Vətən partiyasının sədri Artur Vanetsyan, “Çiçəklənən Ermənistan”ın lideri Gagik Tsarukyan və ARF Daşnaktsutyunun nümayəndəsi İşxan Saghatelyan da iştirak edib.
Manukyanın “Sputnik Armenia” müxbirinə verdiyi müsahibədə danışıqlar barədə məlumatı nə təsdiq, nə də təkzib edib. Bu cür görüşlərin vaxtaşırı keçirildiyini və indi hər hansı bir məlumat vermək istəmədiyini qeyd edib.