Dünya

Ermənistan müxalifəti Manukyanın əvəzinə Köçəryanı qabağa çəkir

“Görünür, Ermənistanın “Vətənin xilası uğrunda” hərəkatına yeni nəfəs vermək istəyirlər. İndiki format özünü doğrultmadı və bunu ən azı… Robert Köçəryanın seçkilərdə iştirak etmək niyyətində olduğunu bəyan etməsi də təsdiqləyir”.

Savash.org bildirir ki, bunu erməni siyasi eksperti Aşot Səfəryan deyib.

A.Səfəryan qeyd edib ki, Köçəryan müxalifət hərəkatına öz dəstəyini və rəğbətini gizlətməyib.

Digər erməni ekspert Norayr Dunamalyanın fikrincə, “Manukyanın baş nazirliyi üzrə plan iflasa uğrayıb və indi daha güclü şəxsin namizədliyi irəli sürülməlidir, məsələn Robert Köçəryanın,  bu, mövcud çağırışlara cavab olar və elektoral dəstəyin potensialını və indiki səviyyəsini itirməməyə imkan verərdi”.

Politoloq Stepan Danielyan qeyd edir ki, hərəkata daxil olan qüvvələr arasında seçkilərdə Köçəryanı dəstəkləyəcək və onun siyasi dayağı olacaq partiyalar mütləq tapılacaq, lakin o, bu qüvvələrin adını çəkməyə risk etməyib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button