Dünya

Deputat kürsüyə qoyun kəlləsi ilə çıxdı (FOTO)

Deputat kürsüyə qoyun kəlləsi ilə çıxdı (FOTO)
Türkiyəli millət vəkillərinin məclisdə göstərdikləri gözlənilməz hərəkətlərə daha biri əlavə edilib.

ANS PRESS-in məlumatına görə, Türkiyənin ana müxalifət partiyası hesab edilən Cümhuriyyət Xalq Partiyasının (CHP) Ardahan üzrə millət vəkili heyvandarlığa dəstək verilmədiyinə qəribə formada etiraz edib.

CHP millət vəkili Ənsar Öyüt məclis kürsüsünə əlində bişmiş qoyun kəlləsi ilə çıxıb.

Xaricdən ölkəyə gətirilən ət və heyvanların yasaqlanmasını istəyən Öyüt fikrini bu cür əsaslandırıb: “Çünki xaricdən gətirilən heyvanların çoxu donuzların içalatı ilə hazırlanan yemlərlə qidalanır. Nəticədə, bizə donuz əti yedirirsiniz. Buna görə də haqqımı halal etmirəm sizə”, – deyə o çıxışında səsləndirib.

O, çıxışının əsas məğzinin ölkədəki heyvandalıq təsərrüfatının genişləndirilməsinə və bu sahəyə marağın artırılmasına həsr edildiyini bildirib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button