Dünya

Somalidə partlayış törədilib, 14 nəfər ölüb

Somalidə yolda basdırılan minanın partlaması nəticəsində regional kəşfiyyat şöbəsinin rəhbəri daxil olmaqla azı 14 nəfər həyatını itirib. 

Savash.org-un məlumatına görə, bu barədə “Radio Dalsan” xəbər yayıb.

Hadisə Dusamareb şəhərindən təxminən 30 kilometr aralıda baş verib. Ölən Əbdürəşid Abdinurun Qalmuduq ərazisindəki kəşfiyyat şöbəsinin müdiri olduğu bildirilir.

Partlayışa görə məsuliyyəti “Əş-Şabab” terror qruplaşması öz üzərinə götürüb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button