Dünya

Masonlardan Fətullah Gülən açıqlaması

Masonlardan Fətullah Gülən açıqlaması\”Azad və Qəbul Edilmiş Masonlar \” Dərnəyi, son günlər dərnəklə bağlı mətbuatda və internet saytlarında yer alan bəzi iddialarla bağlı yazılı bəyanat verib.

Avropa.info xəbər verir ki, dərnək, Fətullah Gülənin mason olduğu iddialarını da cavablandırıb. Bəyanatda təşkilatın fəaliyyəti haqqında məlumatdan sonra, Fətullah Gülən haqqında deyilir:

\”Son günlərdə qurumumuza qarşı aparılan kampaniya üzvlərimiz arasında böyük üzüntü yaradır.

Bəzi xəbərlərdə adı qeyd edilən Fəthullah Gülənin \”Azad və Qəbul Edilmiş Masonlar\” Cəmiyyətinin üzvü olmadığını və ümumiyyətlə heç bir zaman üzvü olmadığını bildiririk.

Mətbuatda adı keçən \”Türkiyə Böyük Mason Mahfili\” adlı qurumun cəmiyyətimizlə heç bir əlaqəsi yoxdur. Dərnəyimiz o dövrün dövlət hakimiyyətinin icazəsi ilə 1973-ci il tarixinə qədər \”Türk Yüksəltmə Cəmiyyəti\” adını istifadə etmiş, 1973-cü ildən isə dərnəyimizin adı \”Azad və Qəbul Edilmiş Masonlar Böyük Lojası\” olaraq dəyişdirilmişdir.

2011-ci il tarixindən sonra isə Baş Assambleyanın qərarı ilə cəmiyyətimizin adı \”Azad və Qəbul Edilmiş Masonlar\” Dərnəyi olaraq qəbul edilmiş və hazırda bu ad istifadə edilir.\”

Qeyd edək ki, bu gün Türkiyə mediasında Fətullah Gülənin mason üzvü olması ilə bağlı sensasion sənəd yayılıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button