Dünya
Girov prokuror xilas edildi: 3 terrorçu öldürüldü
İstanbulda Ədliyyə binasında girov saxlanılan prokuror azad edilib.
ANS PRESS-in məlumatına görə, \”Gəzi Parkı\” hadisələrini araşdıran prokuror Mehmet Səlim Kirazın azad olunması polis xüsusi əməliyyat keçirib. Terrorçuları zərərsizləşdirən polisin xüsusi təyinatlılarının əməliyyatı zamanı prokurorun da yaralandığı deyilir.
Əməliyyat zamanı 3 terrorçu öldürülüb.
Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri prokuroru iş otağında girov götürmüşdü.
Girov götürülmüş prokuror Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb.