Dünya

İranda ilk peyvənd səhiyyə nazirinin oğluna vuruldu – Foto

İranda koronavirus əleyhinə ilk peyvənd səhiyyə naziri Səid Nəməkinin oğlu Parsa Nəməkiyə vurulub.

Savash.org “TRT Haber”ə istinadən xəbər verir ki, Parsa Nəməki bunu ölkədə peyvənd proqramına inamı artırmaq və kütləvi peyvəndlənməni təşviq etmək üçün etdiyini bildirib.

“Oğlum dedi ki, bizim qanımız ölkənin digər uşaqlarından daha dəyərli deyil. Peyvəndi ilk ailəmə vurduracağımı demişdim və o, bu sözümüzü yerinə yetirmək üçün gəldi”,- deyə səhiyyə naziri Nemeki oğlunun peyvənd olunması ilə əlaqədar açıqlamasında bildirib.

Qeyd edək ki, bundan əvvəl İran Prezidenti Həsən Ruhani peyvəndi vurduran ilk könüllü olmağı təklif etmişdi.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button