Dünya

Lukaşenkodan Putini qəzəbləndirəcək şok etiraf

Lukaşenkodan Putini qəzəbləndirəcək şok etirafBelarus prezidenti Aleksandr Lukaşenko hər kəsi təəccübləndirəcək açıqlama verib.

Avropa.info xəbər verir ki, Lukaşenko “Bloomberg” agentliyinə müsahibəsində Ukraynada stabilliyin bərpasının ABŞ-ın iştirakı olmadan mümkün olmayacağını deyib. O bildirib ki, Ukraynanın şərqindəki münaqişənin nizama salınması danışıqlarında ABŞ-ı “Normand formatı”na cəlb etməmişdilər.

Lukaşenko deyib: “Hesab edirəm ki, amerikalıların iştirakı olmadan Ukraynada heç bir stabillik ola bilməz. Mən son vaxtlar ABŞ-ın rəsmi təmsilçiləri ilə görüşürəm. Doğrusu, amerikanların Şərqi Avropada – Ukraynada nə istədiyini hələ də bilmirəm. Yox, əgər onlar regionda sülh istəyirlərsə, dərhal bu prosesə qoşulmalıdırlar”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button