Dünya
İŞİD-in tərkibində döyüşmüş daha bir azərbaycanlı tutuldu
Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı tutulub.
APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Bakı sakini, 1989-cu il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.
Aparılan araşdırmalar zamanı onun Suriya və İraqda İŞİD silahlı birləşməsinin tərkibində döyüşlərdə iştirak etdiyi məlum olub.
Onun barəsində həbs-qətimkan tədbiri seçilib və araşdırma aparılır.