Dünya

Ermənistan etiraf etdi: Gorusdan Qafana gedən yolun bir hissəsi…

Gorusdan Qafana gedən yolun bir hissəsi Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri xaricindən keçir.

Savash.org bildirir ki, bunu Ermənistanın “Mənim addımım” blokundan olan millət vəkili Ayk Gevorkyan parlamentdəki brifinqdə baş nazirin müavini Tiqran Avinyanın açıqlamasını şərh edərkən deyib.

Avinyan 10 noyabr və 11 yanvar bəyanatlarından başqa Gorus-David-Bek (Zeyvə) yolu ilə bağlı razılığın olduğunu, yolun orada mübahisəli hissələrdən keçdiyini bildirib.

“Yola gəldikdə, bilirsiniz ki, Gorus-Qafan hissəsində 21 km uzunluğundakı yol Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri xaricindən, yəni Azərbaycan ərazisindən (beynəlxalq səviyyədə tanınmış) keçir. Lakin bu yol bir saniyə belə bağlanmayıb”, – erməni deputat əlavə edib.

Deputat qeyd edib ki, bu, əldə edilmiş  razılaşmaların nəticəsidir. (virtualaz.org)

Xatırladaq ki, bu günlərdə Ermənistanda Azərbaycanla sərhəd məsələlərinin nizamlanmasına dair indiyədək gizli qalan üçtərəfli razılaşmanın mətni yayılır. Hakimiyyət belə razılaşmanın olduğunu nə təkzib, nə təsdiq edir. Razılaşmaya əsasən Ermənistan ötən il dekabrın 14-dən etibarən Azərbaycanın Zəngilan və Qubadlı rayonlarının qalan ərazilərini də boşaltmalı idi (bu bənd artıq yerinə yetirilib,-red.) və Gorus-Qafan yolunun Çekaten, Şixoax kəndlərini birləşdirən, Azərbaycan ərazisindən keçən hissəsində gediş-gəlişin təhlükəsizliyi təmin olunur.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button