Dünya
Türkiyədə 4 qəzetə qarşı cinayət işi açıldı
İstanbul Prokurorluğu \”Bu Gün\”, \”Cümhuriyyət\”, \”Posta\” və \”Hürriyyət\” qəzetləri haqqında araşdırmaya başlayıb.
Savash.org avropa.info-ya istinadla xəbər verir ki, Prokurorluq Mehmet Səlim Girasın öldürüldüyü hücuma dair qəzetlərdə çıxan yazılarla bağlı istintaq başlayıb. Qəzetlərə \”Terror təşkilatının təbliğatını aparmaq\” ittihamı irəli sürülüb.
Qeyd edək ki, adları çəkilən qəzetlərin dünənki sayında terror aksiyası həyata keçirən DHKP-C-nin təbliğatı aparılıb.