Dünya

ABŞ parlamentinin spikeri senatorları qorxaq adlandırdı

Konqresin aşağı palatasının spikeri Nensi Pelosi mətbuat konfransı zamanı impiçment prosedurunda eks-prezident Donald Trampı dəstəkləyən respublikaçı senatorları qorxaq adlandırıb.

Bu barədə “Fox News” telekanalı məlumat yayıb.

“Bu hadisə heç kimdə məsuliyyət hissi yaratmayacaq. Bizim ölkə üçün vacib olan bir məsələdə qorxaq senatorlar hadisəyə layiqincə qiymət verə bilmədilər”, – deyə spiker bəyan edib.

Pelosi bildirib ki, məhz üsyana təhriketmə faktı Kapitolidə bir neçə nəfərin ölümünə səbəb olub.

Xatırladaq ki, ötən gün ABŞ Senatı keçmiş prezident Trampa qarşı üsyana təhriketmə səbəbilə qaldırılan impiçment prosedurunda ona bəraət verib və məhz bu hadisə N.Pelosinin qəzəbinə səbəb olub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button