Dünya

ABŞ səfirliyindən vətəndaşlarına xəbərdarlıq: “Sığınacaqlarda qalın”

ABŞ-ın Myanmadakı Səfirliyi, 1 fevral hərbi çevrilişindən sonra ilk dəfə zirehli texnikanın şəhərlərə girməsinə görə vətəndaşlarına sığınacaqda qalmaları barədə xəbərdarlıq edib. Səfirlik eyni zamanda gecə saat 1:00-dan səhər 09:00-a qədər telekommunikasiyanın kəsilmə ehtimalı olacağını bildirib. 

Savash.org Qətərin Əl-Cəzirə telekanalına istinadla xəbər verir ki, zirehli texnika Myanma şəhərlərinə daxil olub və 9 günlük kütləvi nümayişlərdən sonra dövlət çevrilişinə qarşı basqı qorxusu səbəbindən internetə çıxış kəsilib.

Bazar ertəsi günü Myanmadakı diplomatik korpuslar hərbi xuntanı qanuni hökumətin devrilməsinə qarşı çıxan nümayişçilərə və mülki şəxslərə qarşı şiddətdən çəkinməyə çağırıb. Myanmada fəaliyyət göstərən Amerika Birləşmiş Ştatları, Norveç, İsveçrə, Böyük Britaniya, Avropa İttifaqı və Aİ üzv dövlətləri – Danimarka, Çex Respublikası, Finlandiya, Fransa, Almaniya, İtaliya, Hollandiya, İspaniya və İsveç səfirlikləri siyasi liderlərin, vətəndaş cəmiyyəti fəallarının və dövlət qulluqçularının həbs olunmasını, habelə jurnalistlərə edilən təzyiqləri qınayan ortaq bir bəyanat yayıb. Hərbi repressiyalara baxmayaraq, Yanqon və digər əsas şəhərlər daxil olmaqla Myanma daxilində kütləvi etirazlar davam edir. 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button