Dünya

“Müharibədə ölən erməni hərbçilərinin sayı məlum deyil” – Erməni hərbi prokuror

“İkinci Qarabağ müharibəsində ölən erməni həbçilərinin 3 389-nun meyidi identifikasiya olunub”.

Savash.org “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın hərbi prokuroru Vaqe Arutyunyan prokurorluq orqanlarının fevralın 18-də keçirilən müşavirəsində bildirib.- Advertisement –

Onun sözlərinə görə, 2020-ci ildə xidməti vəzifləri yerinə yetirərkən ölən hərbçilərin yekun sayı hələ məlum deyil: “Hərbçilərin, mülki şəxslərin meyitlərinin axtarışı davam edir. 2020-ci ildə 3 389 hərbçinin meyiti identifikasiya olunub”.

Hərbi prokuror bildirib ki, 44 günlük müharibədə 9 094 hərbçi müxtəlif dərəcəli bədən xəsarət alıb. V.Arutyunyanın sözlərinə görə, 2020-ci ildə Ermənistanın hərbi hissələrində 3 016 cinayət qeydə alınıb ki, bu da 2019-cu illə müqayisədə 3 dəfə (ötən il 929 cinayət qeydə alınıb) çoxdur. O deyib ki, 3 016 cinayətin 55 faizi amansızlıq və xüsusi amansızlıqla törədilib.

Müşavirədə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan da iştirak edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button