Dünya

ABŞ səfiri Con Sullivan: ‘Navalnı Rusiyanın daxili işi deyil’

ABŞ-ın Rusiyadakı səfiri Con Sullivan deyib ki, Rusiya müxalifətçisi Aleksey Navalnının kimyəvi maddə ilə zəhərlənməsi və həbs edilməsi yalnız Moskvanın daxili işi ola bilməz.

AzadlıqRadiosunun Current Time layihəsinə videobağlantı ilə müsahibə verən Sullivan bunu da bildirib ki, “Birləşmiş Ştatlar Rusiya ilə mübahisə qızışdırmaqda və ya adamları etirazlara sövq etməkdə maraqlı deyil”.

ABŞ səfiri habelə, Rusiyada AzadlıqRadiosu da daxil media qurumlarının hədəflənməsini, Rusiyanın ziddiyyətli “xarici agent” qanununu tənqid edib.

O əlavə edib ki, Birləşmiş Ştatlar da bu qanunla əlaqədar adekvat addımlar atacaq.

Cənab Sullivan bildirib ki, Navalnının kimyəvi maddə ilə zəhərlənməsi və Rusiyanın da tərəf olduğu müqavilənin qadağan etdiyi zəhərdən istifadə edilməsi “Moskvanın daxili işi” olaraq qala bilməz.

Səfir deyib ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) fevralın 16-da Navalnının həbsinin qanunsuz olması barədə qərar çıxarıb və Rusiya bu məhkəmənin də üzvüdür.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button