Dünya

Nemtsovun öldürüldüyü yerdə dava düşdü

Nemtsovun öldürüldüyü yerdə dava düşdüMəşhur rusiyalı müxalifətçi Boris Nemtsovun öldürüldüyü yerdə dava düşüb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Danışır Moskva”ya SERB hərəkatının lideri İqor Beketov danışıb. Onun sözlərinə görə, çəkişmə “Moskvoretski” körpüsündə hərəkat üzvləri ilə Nemtsovun tərəfdarları arasında baş verib.

“Biz bu liberalların Nemtsovun ölümü üzərindən reklam aparmaqları ilə bağlı plakatlar asdıq. Onlar isə plakatları cırmağa başladılar. Liberallar bizim qızlarımızın üzərinə hücum çəkdilər və biz onlara yerlərini göstərdik”- deyə Beketov açıqlama verib.

Hərəkat rəhbəri qeyd edib ki, bir neçə gün öncə Nemtsovun qəbrini ziyarət ediblər:

“Bütün məsuliyyətimlə deyə bilərəm ki, siyasətçinin qəbri tərk edilib. Hətta xaçın üzərində olan şəkil belə zibil qalıqları ilə ləkələnib”.

Qeyd edək ki, Nemtsovun Rusiyada şok effekti yaradan qətli fevralın 27-i gecə saatlarında baş verib. O, 4 güllə yarasından dünyasını dəyişib.

Ölümlə bağlı 5 nəfər həbs olunsa da, onlardan heç biri qətli boyunlarına almayıblar.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button