Dünya

Rusiya Krıma görə Türkiyəyə xəbərdarlıq etdi

Rusiya Krıma görə Türkiyəyə xəbərdarlıq etdiRusiya xarici işlər naaziri Sergey Lavrov Türkiyəyə xəbərdarlıq edib.

Lavrov bildirib ki, Türkiyənin nümayəndə heyəti Ukraynadan ərazisindən Krıma səfər edə bilməz.

\”Biz Türkiyə nümayəndə heyətinin Krıma səfərinə münasibətimiz çox yaxşıdı. Amma bu ziyarət Ukrayna ərazisindən həyata keçirilməməlidir. Krım respublikasına səfər etmək üçün Rusiyanın müvafiq orqanlarına müraciət edilməlidir\”, – deyə Sergey Lavrov bildirib.

Nazir onu da bildirib ki, bu məsələdə Rusiyanın mövqeyi Türkiyə tərəfinə çatdırılıb: \”Əgər Türkiyə tərəfi həqiqətən Krımda yaşananları görmək istəyirsə, mütləq bizim təklifimizi qəbul etməlidir\”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button