Dünya

Polislərin gizli yazışmaları ABŞ-da aranı qatdı – Obamaya meymun deyirlərmiş…

Polislərin gizli yazışmaları ABŞ-da aranı qatdı - Obamaya meymun deyirlərmiş...ABŞ-ın Ferquson şəhərinin ağ dərili polislərinin üzə çıxan yazışmaları ölkəni qarışdırıb.

Avropa.info xəbər verir ki, ölkə mediası ağ dərili polislərin elektron poçtlarında olan gizli yazışmalarını dərc edib.

Gizli yazışmalarda polislər qaradərili sakinləri təhqir ediblər. Lakin, ağ dərili polislərin irqçi yazışmaları bununla da bitmir. Polislər 19 aprel 2011-ci ildəki yazışmalarında ABŞ prezidenti qara dərili Barak Obamanı meymuna bənzədiblər.

Təhqiramiz ifadələr yazan polislərin adları da məlumdur. Bunlar Ferquson şəhərinin polisləri Rick Henk, Uilyam Mudd və məhkəmə katibi Mari Ann Tvitdir.

Qeyd edək ki, adı çəkilən Ferquson şəhəri bir müddət öncə, qaradərili sakinlərin polislər tərəfindən güllələnməsi olayı ilə diqqət çəkmişdi.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button