Dünya

65 deputat prezidentə müraciət etdi: “Ərdoğana deyin üzr istəsin”

65 deputat prezidentə müraciət etdi: “Ərdoğana deyin üzr istəsin”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah İrana rəsmi səfərə yollanacaq.

Virtualaz.org saytı xəbər verir ki, Ərdoğanın səfəri ərəfəsində 65 deputatın imzası ilə İran prezidenti Həsən Ruhaniyə müraciət edilib.

İran mətbuatının yazdığına görə, deputatlar prezidentə müraciət edərək Ərdoğana İranla bağlı səsləndirdiyi fikirlərə görə xəbərdarlıq etməsini tələb ediblər.

Qeyd edək ki, Ərdoğan ərəb ölkələrinin Yəmənə qarşı birləşməsini dəstəkləmişdi. O, İran hökumətinin bu birliyə qarşı çıxmasını sərt şəkildə tənqid etmişdi.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button