Dünya

Nikol Paşinyanın partiyasından olan deputatı DÖYDÜLƏR

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hakim Vətəndaş Razılaşması Partiyasını parlamentdə təmsil edən “Mənim addımım” fraksiyasının deputatı Akop Aslanyan döyülüb.

Savash.org “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, hadisə fevralın 26-da N.Paşinyanın istefası tələb ilə keçirilən mitinqdə baş verib.

Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 47 yaşlı şəxsi saxlayıb. Məlumata görə, adı açıqlanmayan şəxs həmin tarixdə parlamentin binasından çıxarkən nəzarət-buraxılış məntəqəsində “Mənim addımım” fraksiyasının üzvlərini təhqir edib, deputatlardan birinin üzünə şillə vurub.

Onun barəsində cinayət işi açılıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button