Dünya

Türkiyə – Ermənistan sərhədləri açılır? – CHP-li deputatdan AÇIQLAMA

1993-cü ildən bağlı olan Türkiyə-Ermənistan sərhədlərinin açılması yenidən gündəmə gəlib.

Ermənistan xarici işlər naziri Ara Ayvazyan Qarabağdakı son müharibədən sonra Ankaranın daha sərhədləri açmalı olduğunu söyləmişdi.

Savash.org xəbər verir ki, Modern.az mövzu ilə bağlı türkiyəli deputat, Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Atilla Sertelə müraciət edib.

“Hazırda Türkiyə Ermənistan sərhəddinin açılması müzakirə mövzusu deyil. Mövzu ilə bağlı qərarı verə biləcək şəxs Rəcəp Tayyip Ərdoğandır”.

Qeyd edək ki, Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə Kəlbəcərin Ermənistan tərəfindən işğal olunmasına görə bağlanmışdı.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button