Dünya

Dronlarla hücum – Neft zavodu PARTLADILDI

Yəməndəki Husi üsyançıları Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki neft zavodunu hədəfə alıb.

Savash.org xəbər verir ki, bu barədə Husilər yazılı açıqlama verib.Bildirilib ki, hücum minalanmış pilotsuz uçuş aparatları ilə təşkil edilib. Onların iddiasına görə, hücum uğurlu alınıb. Qruplaşma sözçüsü hücumla bağlı bəzi görüntülər də yayıb. Lakin Səudiyyə Ərəbistanı hökuməti hələlik hadisəyə münasibət bildirməyib.

Qeyd edək ki, iki gün əvvəl Husilərin Yəmənlə sərhəddə yerləşən Cizan bölgəsindəki yaşayış məntəqəsinə raket zərbəsi endirdiyi və azı 5 nəfərin xəsarət aldığı barədə xəbərlər yayılmışdı.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button