Dünya

İranın vitse-prezidenti həbs edildi

İranın vitse-prezidenti İsa Kələntəri İran İslam İnqilabının lideri Ayətullah Ruhulla Xomeynini təhqir etdiyinə görə 4 ay müddətinə azadlıqdan məhrum edilib.

“SAVAŞ” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, məhkəmə, həmçinin Kələntərini iki il müddətinə siyasətdən kənarlaşdırmaq qərarına gəlib.

Bundan başqa, vitse-prezident həqiqəti əks etdirməyən və ictimaiyyəti çaşdıran bəyanatlarına görə 4 milyon tümən (təxminən 164 dollar) məbləğində cərimə ödəməli olacaq.  

Qeyd edək ki, 2020-ci ilin noyabrında qəzetlərin birində Kələntərinin müsahibəsi dərc olunmuşdu. “Xomeyni (inqilaba qədər) ABŞ-la görüşlər keçirmişdimi?” sualına vitse-prezident belə cavab vermişdi: “Bilmirəm. Xəbərim yoxdur. Amma deyə bilərəm ki, Xomeyni ABŞ üçün xeyirsiz övladdır. Vaşinqton İranda şah rejimini dəstəkləməkdən imtina etdi və Xomeyni bu vəziyyətdən istifadə etdi”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button