Dünya

İŞİD Fransa kanalına hücum etdi

İŞİD Fransa kanalına hücum etdi
Fransanın \”TV5 Monde\” televiziya kanalının sosial şəbəkəsi və akkauntları İŞİD tərəfdarı tərəfindən sındırılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri \”Agence France-Presse\” öz tvitter səhifəsində yayıb.

Teleşirkətin saytına giriş zamanı “Sayt hazırda profilaktikadadır. Səbrli olduğunuz üçün çox sağolun” yazılıb. Telekanalın səhifəsində hakerlər İŞİD-lə mübarizədə iştrak edən fransız əsgərinin şəklini qoyublar.

“Biz artıq istənilən kanalımızın yayımını edə bilmirik. Bizim veb-saytlarımız və sosial şəbəkələrimiz bizim nəzarətimiz altında deyil”- deyə şirkətin baş direktoru İv Biqo bildirib.

Telekanalın saytının nə vaxt normal fəaliyyətə başlayacağı bildirilmir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button