Dünya

Belçika da Fələstini tanıdı

Belçika da Fələstini tanıdıFransa parlamentinin Fələstin dövlətinin tanınması ilə bağlı qərar verməsindən sonra daha bir dövlət belə bir addım atıb.

ANS PRESS-in məlumatına görə, Belçika baş nazirinin köməkçisi və Xarici işlər naziri Didyer Reynerds mətbuata verdiyi açıqlamada ölkəsinin Fələstin dövlətini tanımaq tərəfdarı olduğunu və bu barədə qanun layihəsinin parlamentdə müzakirə ediləcəyini bildirib.

Reynders yaxın günlərdə parlamentin bu barədə qərarının ortaya qoyulacağını, hökumətin çok gecikmədən təsdiqləyəcəyini vurğulayıb.

Xatırladaq ki, 30 oktyabrda İsveç Fələstini yanıyan ilk Aİ üzvü olub. Polşa. Rumınya, Macarıstan, Çexiya, Bolqarıstan, Slovakiya, Cənubi Kipr Respublikası və Malta olmaqla, digər 8 ölkə Aİ üzvü olmadan əvvəl Fələstini tanıyıblar.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button