Dünya

Prezidentin ailə fotosu iki dövləti düşmən edəcəkdi – VİDEO

Prezidentin ailə fotosu iki dövləti düşmən edəcəkdi - VİDEOQazaxıstan prezidenti Nursultan Nazarbayevin məşhur ailə şəkli ilə bağlı dövlətlərarası qalmaqal yaranıb.

Savash.org-un AzadlıqRadiosuna istinadən məlumatına görə, Qazaxıstanın Zakon.kz saytı yazır ki, “Rusiyanın “Rossiya 1” və Ukraynanın “İnter” televiziya kanallarında “Tənha ürəklər” adlı 4 seriyalı bir film göstərilib. Burda qəhrəmanlardan biri Tacikistanda qalan ailəsindən danışır və ailəsinin fotosunu göstərir. Bu şəkildə onun Rəhim adında babası təsvir olunduğunu bildirir.

Həmin fotonun Nursultan Nazarbayevin ailə üzvləri ilə birlikdə çəkdirdiyi şəkil olduğu deyilir.

Şəkildə Qazaxıstan prezidentinin yerinə saqqallı “Rəhimin” şəkli qoyulub və bir kürəkəninin də şəkli dəyişdirilib.

Yerdə qalanlar – prezidentin qızları, xanımı, nəvələri, digər kürəkəni olduğu kimi qalır.

Film göstərildikdən sonra Qazaxıstanda böyük hay-küy yaranıb.

“Tənha ürəklər”i çəkən Ukraynanın UPS kinoşirkətinin baş prodüseri İrina Zarya məsələ ilə bağlı üzr istəyib: “Mən Qazaxıstan prezidentindən, onun ailəsindən üzr istəyirəm. Bu, bizim kollektivə dərs olacaq”.

Zaryanın izahına görə, vaxtilə şirkət köçəndə şəkillər qutulara yığılıb, filmdə ondan istifadə edəndə isə şəkilin kimə aid olmasına fikir verilməyib.

Qeyd edək ki, Rusiya kanallarında bu, Qazaxıstanla bağlı ilk insident deyil. 2013-cü ildə Rusiyanın TVC kanalında gedən verilişdə Almatı meri Qazaxıstanın populyar müğənnisi kimi təqdim olunurdu.

2014-cü ildə Rusiyanın Gəlincik şəhərində taksi sürücüsünü Qazaxıstan vətəndaşı döyəndə süjetdə qazaxıstanlının şəkli göstərilmişdi, Bu, Qazaxıstan parlamenti senatının sədri Kasım Jomart Tokaevin şəkli idi.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button