Dünya

Putin sualtı qayıqlara bazadan ayrılmaq əmri verdi – NATO ilə müharibə?

Qara dənizdə gərgin anlar yaşanır.

ABŞ-a məxsus hərbi gəmilər 14 ölkə ilə birgə NATO təlimlərində iştirak etmək üçün Rumıniya sahillərinə gəlib. Bildirilir ki, ABŞ-ın raketlərlə təchiz olunmuş döyüş gəmisini bölgəyə göndərməsi Moskvanı qəzəbləndirib.

Ria Novosti agentliyinin məlumatına görə, Rusiya bölgədəki bütün sualtı qayıqları əraziyə cəlb edib. Rusiyalı komandanlar prezident Vladimir Putinin həmləsini “bənzəri görülməmiş” sözləriylə ifadə edib.

Donanma komandiri admiral İqor Osipovun sözlərinə görə, Qara dəniz donanmasında bütün sualtı qayıqlara bazadan ayrılmaq əmri verilib. Donanma kapitanı Anatoli Varoçki isə bildirib ki, indiyə qədər belə irimiqyaslı hərəkətlilik yaşanmayıb.

(Metbuat.az)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button