Dünya

Artak Davtyan: “Ordu siyasi məsələlərdə neytral qalacaq”

Ermənistan silahlı qüvvələri Baş Qərargahının yeni rəisi Artak Davtyan ordunun siyasi məsələlərdə neytral qalacağını bildirib.

Savash.org bildirir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Yeni rəis qeyd edib ki, silahlı qüvvələr Ermənistanın təhlükəsizlik sistemini yenidən qiymətləndirmək və gücləndirmək, xarici təhdidləri təsirsiz hala gətirmək üçün qarşısına qoyulan vəzifələri icra etməyə davam edir: “Silahlı qüvvələrin rəhbərliyi tərəfindən məlum açıqlamadan sonra (baş nazir Paşinyanın istefası tələbi – red.) məsələ həll edildi və mövcud fikir ayrılıqları qanuni müstəviyə keçdi. Ermənistan silahlı qüvvələri konstitusiyaya görə hökumətə tabedir və mülki nəzarət altında olmaqla, yalnız Ermənistanın təhlükəsizliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin etmək öhdəliklərini rəhbər tutaraq siyasi məsələlərdə bitərəf qalacaq”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button