Dünya

Uşaqla dolu avtobus yandı

Uşaqla dolu avtobus yandı
Mərakeşdə dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in \”RİA Novosti\”yə istinadla verdiyi məlumata görə, ölkənin cənubunda yerləşən Tan-Tan şəhərində avtobusla yük maşını toqquşub. Qəza nəticəsində ən az 31 insan həlak olub, 9 nəfər yaralanıb.

Son məlumatlara görə, qəzadan sonra avtobus alışaraq yanmağa başlayıb. Avtobusda olan sərnişinlərin azyaşlı uşaqlardan ibarət idmançılar olduğu bildirilir.

İdmançılar avtobusla yarışdan evlərinə qayıdırlarmış.

Hadisə zamanı xəsarət almış səkkiz yaralı xəstəxanaya çatdırılıb. Hazırda onlardan iki nəfərinin vəziyyəti ağırdır. Həlak olanların əksəriyyəti 10 yaşdan 14 yaşına qədər məktəblilər olub.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button