Dünya

Ukraynanın şərqində atışma – 2 əsgər öldü

Ukraynanın şərqində yerləşən Donbassdakı döyüş bölgəsində ötən gecə atəşkəs rejimi separatçılar tərəfindən 7 dəfə pozulub, nəticədə iki Ukrayna əsgəri həlak olub.

“SAVAŞ” xəbər verir ki, bu barədə Ukraynanın Vahid Qüvvələr əməliyyatının qərargahı açıqlama verib.

Daha əvvəl “Vostok” əməliyyat-taktik qrupu 5 aprel tarixində Donetsk vilayətinin Avdeevka şəhəri yaxınlığında Ukrayna ordusunun mövqelərinin atəşə tutulması nəticəsində bir hərbçinin öldüyünü bildirmişdi. “Şimal” əməliyyat-taktik qrupunun verdiyi məlumata görə isə, digər bir hərbçi “Zolote-4” ərazisi yaxınlığında güllə yarasından həlak olub.

Bundan əlavə separatçılar Avdiivka, Lebedinski və Vodyanoye əraziləri yaxınlığında yerləşən Ukrayna ordusunun mövqelərini atıcı silahlardan, iri çaplı pulemyotlardan və əl tank əleyhinə qumbaraatanlardan atəşə tutublar.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button